Mundialda sensasiya
19.12.2013 - 09:13
Mərakeşdə keçirilən klublararası dünya çempionatında 2 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin son matçında yerli “Raca Kasablanka” ilə Braziliyanın “Atletiko Mineyro” klubu qarşılaşıb.
Bu matçda turnirin ilk sensasiyası qeydə alınıb. Belə ki, Cənubi Amerikanın ən güclü komandası meydan sahiblərinə uduzaraq mübarizəni dayandırıb. Hətta Ronaldinyonun qolu da braziliyalıların işinə yaramayıb – 1:3. Mərakeş təmsilçisi isə finala yüksələn 2-ci Afrika təmsilçisi olub. Onlar dekabrın 21-də baş tutacaq finalda Almaniya “Bavariya”sı ilə görüşəcək. V yer uğrunda qarşılaşma isə daha məhsuldar alınıb. Meksika “Monterrey”i Misirin “Əl Əhli” klubunu darmadağın edib.
Klublararası dünya çempionatı
18 dekabr
Yarımfinal
“Raca Kasablanka” (Mərakeş) – “Atletiko Mineyro” (Braziliya) – 3:1
Yajur, 51, Mutuali, 84-p., Mabide, 90+4 – Ronaldinyo, 63
V yer uğrunda
“Əl Əhli” (Misir) – “Monterrey” (Meksika) – 1:5
Moteab, 8 – Kardoso, 3, Delqado, 22, 65, Lopes, 27, Suazo, 45-p

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0