Cihan Özkaranın qardaşı yığmaya çağırıldı - FOTO
19.12.2013 - 12:58
19 yaşadək futbolçulardan ibarət millimizin heyətinə daha bir futbolçu dəvət olunub. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu, Sinan Özkaradır.
Əsas millimizin və “Sivasspor”un hücumçusu Cihan Özkaranın kiçik qardaşı olan Sinan U-19-un dekabrın 23-dən Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək. 17 yaşlı dayaq yarımmüdafiəçisi hazırda Almaniyanın Essen şəhərini təmsil edən “Rot-Vayss” klubunda çıxış edir. Sinanın çağırılması ilə yanvarda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək futbolçuların sayı 25-ə çatıb.
Qeyd edək ki, bundan öncə əsas millimizin “Kayzerslautern”in hücumçusu Rüfət Dadaşovun kiçik qardaşı Renat da U-16 millisinə çağırılmışdı. O, Frankfurt “Ayntraxt”ının aşağı yaş qruplarında çıxış edir.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0