“Qəbələyə “ağ bayraq” qaldırmağa getmirik, revanş almalıyıq”
19.12.2013 - 13:51
“Çox çətin və narahat olduğumuz rəqibə qarşı oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
Serbiya mütəxəssis Topaz Premyer Liqasının XVIII turunda “Qəbələ” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Pantiç klubunun rəsmi saytına bildirib ki, səfərə uduzmağa getmirlər: “Xüsusilə, “Qəbələ”nin ön xəttinə çox güclü futbolçular cəmləşib. Ümumi heyətə baxanda hamısı oynadığı mövqedə güclüdür. Amma “Bakı” olaraq, Qəbələyə “ağ bayraq” qaldırmağa getmirik. İlk dövrənin açılış oyununda “Qəbələ”yə yenildik. İndi isə revanş almalıyıq”.
Baş məşqçinin sözlərinə görə, “Qəbələ” ilə sabah baş tutacaq görüş ilin son görüşü olduğundan meydanda bütün güclərini səfərbər etmək arzusundadırlar: “Qış fasiləsinə turnir cədvəlinin hansı mövqeyində yollanırıqsa, deməli, bu yerə layiqik. Ancaq bundan da yaxşı ola bilərdi. Son nəticəni 2014-cü ilin may ayında görəcəksiz”.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0