“Simurq” son oyuna tam heyətlə hazırlaşdı
19.12.2013 - 22:22
Bu gün “Simurq” "Bayıl Arena"da 2013-cü ildəki son məşqinə çıxıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, sabah cari mövsümün II dövrəsinin sonuncu oyununa çıxacaq Zaqatala təmsilçisi bununla hazırlıqları tamamlayaraq istirahətə çəkilib.
Bir saata yaxın davam edən məşq prosesində bütün futbolçular iştirak edib. İsinmə hərəkətləri və qaçışla başlayan çalışmalar daha sonra "kvadrat" və ikitərəfli oyunla davam edib. Sonda isə cinahlardan asmalar və onların qapanması yerinə yetirilib.
Qeyd edək ki, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində keçiriləcək "Rəvan" - "Simurq" oyunu sabah saat 16:00-da start götürəcək və "SimurqTV" vasitəsilə canlı yayımlanacaq.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0