Sneyder: Bundan son dərəcə narahatam
20.12.2013 - 05:32
“Qalatasaray”ın ulduz futbolçusu Uesley Sneyder haqqında çıxan transfer xəbərləri ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan hollandiyalı yarımmüdafiəçi İstanbul klubunda xoşbəxt olduğunu deyib:
“Nə vaxt transfer pəncərəsi açılsa, adım bir çox klubla hallanır. Bundan son dərəcə narahatam. “Qalatasaray”da xoşbəxtəm və hər hansı bir kluba getmək fikrim yoxdur”.
Sneyder Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri “Çelsi” ilə bağlı da danışıb: “Çempionlar Liqasında qruplardan çıxanda qarşınızda asan rəqib olmayacağını bilməlisiniz. Biz də son dərəcə güclü bir rəqiblə qarşı-qarşıya gələcəyik. Çox çalışmalı, inanmalı və mübarizə aparmalıyıq. Şansımızın çox olduğunu düşünürəm. Çünki çox yaxşı komandaya sahibik”.
Qeyd edək ki, 29 yaşlı futbolçu cari ilin yanvarında İtaliyanın “İnter” klubundan “Qalatasaray”a keçib.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0