Yığmamızın hazırlıq vaxtı dəqiqləşdi
20.12.2013 - 10:34
Futzal üzrə milli komandamızın Serbiyaya gedəcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 15-də Belqrada yollanacaq komandamız bu şəhərdə 10 gün hazırlıq keçəcək.
Bu müddətdə yerli yığma ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.
Serbiya millisi ilə qarşılaşmalar yanvarın 22-də və 24-də baş tutacaq. Millimiz yanvarın 25-də Avropa çempionatının keçiriləcəyi Belçikaya yola düşəcək.
Qeyd edək ki, yanvarın 28-dən fevralın 8-dək Belçikanın Antverpen şəhərində keçiriləcək futzal üzrə Avropa çempionatında millimiz C qrupunda yer alıb. Bu qrupda yer alan digər komandalar isə İtaliya və Sloveniya yığmalarıdır.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0