Şahin Diniyev: Acınacaqlı haldayıq
20.12.2013 - 20:22
“Komandamın oyunu haqqında nəsə demək çətindir. Futbol adına heç nə olmadı, “Simurq” layiqli qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Simurq” qarşısındakı 3:0 hesablı məğlubiyyətdən danışıb: “Komanda verilən tapşırıqları yerinə yetirmədi. Acınacaqlı haldayıq. Qış fasiləsində mütləq güclənməlyik. Hər bir mövqedə oyunçuya ehtiyac var. Bu heyətlə ciddi uğura nail olmaq olmaz. Komanda uğur qazanmaq istəyirsə irəli baxmalıdır. Artıq qış planımız hazırdır. Yanvarın 5-də Bakıda toplaşıb, 8 günlük hazırlıqdan sonra Antalyaya yollanacağıq. Türkiyədə 4 yoxlama oyunu keçirəcəyik. Bugünkü oyun zəif nöqtələrimizi tam göstərdi. 6-7 mövqeyə yeni oyunçular transfer olunmalıdır. Komandanın heyətində dəyişikliklər qaçılmazdır. “Simurq” hər bir cəhətdən bizdən üstün oynadı. Uduzmağı bacarmaq lazımdır. Hakimlərin qərarını müzakirə etmək istəmirəm. Bəla bizim komandanın oyunundadır. Komandam, sanki, donmuş futbolçulardan ibarətdir. Oyunumuzda nə fikir, nə də hərəkət var idi”.
Mənbə: pfl.az

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0