Paytaxt təmsilçisindən antirekord
21.12.2013 - 16:33
Topaz Premyer Liqasının XVIII turunda 7 futbolçusu sarı vərəqə ilə cəzalanan AZAL mövsümün antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə heç bir klub bir qarşılaşmada bu qədər xəbərdarlıq almamışdı.
Orxan Məmmədovun “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən “təyyarəçilər”i sarı vərəqələrə qonaq etməsinə qədər antirekord 6-ya bərabər idi. VII turda “Simurq”, 10-cu turda “Rəvan”, XIII turda isə AZAL 6 xəbərdarlıq almışdı. Paytaxt təmsilçisi şərik olduğu göstəricini yeniləyib.
Qeyd edək ki, “Neftçi” ilə görüşdə Şəhriyar Rəhimov, Cavid Tağıyev, Ruslan Məcidov, Con Oluremi, Samuel Barlay, Junior Ailton və Vladimir Boqdanoviç sarı vərəqə alıb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0