İngiltərə millisi UEFA Millətlər Liqasında Yunanıstan və İrlandiya ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv görüşlərə ciddi itkilərlə çıxacaq.
İngiltərə millisində qapıçı Aaron Ramsdeyl, müdafiəçilər Trent Aleksander-Arnold, Livay Koluill, yarımmüdafiəçi Fil Foden, Deklan Rays, hücumçular Koul Palmer, Cek Qriliş və Bukayo Saka zədə səbəbindən düşərgəni tərk edib.
Onların əvəzinə qapıçı Ceyms Trafford, müdafiəçilər Carred Brantueyt, Tino Livramento, yarımmüdafiəçi Morqan Rocers, və hücumçu Carrod Bouen yığmaya cəlb edilib.
İngiltərə yığması noyabrın 14-də Yunanıstan, 17-də isə İrlandiya ilə qarşılaşacaq.