Mbappeyə yeni təklif – Neymardan yüksək maaş
12.05.2021 - 12:08
Fransanın PSJ klubu futbolçusu Killian Mbappe ilə danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi forvarda 4 illik müqavilə təklif edir.
Parislilər Mbappeyə ildə 35 milyon avro ödəməyə hazırdır. Bu, ötən həftə klubla yeni anlaşma imzalayan Neymarın qazancından 5 milyon çoxdur.
Killianı heyətində görmək istəyən “Real”la “Liverpul” belə yüksək maaş vəd etmək iqtidarında deyil. PSJ də məhz bu yolla ulduz futbolçunu heyətində saxlamağa qərar verib.
Qeyd edək ki, forvardın hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
0
0