PSJ danışığa başladı – “Real”ın istədiyi futbolçu ilə
14.05.2021 - 00:43
“Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqa uğrunda mübarizə qızışır.
Apasport.az saytının məlumatına görə, “Real”dan sonra daha bir nəhəng klub 18 yaşlı orta sahə oyunçusu üçün rəsmi danışığa başlayıb.
“Real”, eyni zamanda Kamavinqanı izləyən “Bavariya”, “Barselona” kimi klublar 60 milyon avrodan az məbləğə bu keçidi reallaşdırmağın əleyhinə deyil. Ancaq PSJ danışığa daha iddialı başlayıb. Parislilər rəqiblərindən yüksək məbləğ təklif etməklə gənc futbolçunu heyətinə qatmağa çalışır.
Qeyd edək ki, Eduardo Kamavinqanın “Renn”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0