Braziliya millisinin sabiq futbolçusu Adriano karyerasını niyə belə erkən bitirdiyini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, 41 yaşlı veteran futbolçu bunun səbəbinin zədələr olduğunu bildirib.
Avropada "İnter", "Parma", "Fiorentina" və "Roma" kimi klubların şərəfini qorumuş “solaxay” forvard sağlamlıqla bağlı problemlərinin hələ də davam etdiyini deyib: “2011-ci ildə Axilles vətərim yırtılanda fiziki olaraq mənim üçün hər şeyin bitdiyini bilirdim. Siz əməliyyat oluna, reabilitasiya keçə və həyatınıza davam edə bilərsiniz, amma heç vaxt əvvəlki kimi olmayacaqsınız. Bu zədə ilə mənim sürətim getmiş oldu. Adrianoya nə olub? Bu sadədir. Topuğumda hələ də dəlik var. Mən bu gün də axsaq gəzirəm”.
Qeyd edək ki, 2016-cı ildə karyerasını bitirən Adrianonun son klubu ABŞ-ın “Mayami Yunayted” klubu olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı