Ali Koça hücum edən şəxs həbs edilib
19.12.2024 - 10:29
Ali Koça hücum edən şəxs həbs edilib

Super Liqanın 2-ci həftəsində keçirilən "Göztepe" - "Fənərbaxça" matçında "sarı-lacivərdlilər"in prezidenti Ali Koça hücum edən şəxsin cəzası açıqlanıb.

Apasport.az xəbər verir ki, meydana enən prezidenti itələyərək yıxan Fatih Özkan 7 ay 15 gün həbs cəzası alıb. 

Məhkəmə Özkanın "yenidən cinayət törətməyəcəyi" qənaətinə gəlmək mümkün olmadığını bildirərək cəzanı təxirə salmayıb və cərimə formasında ödənilməsini rədd edib.

Xatırladaq ki, matçın fasiləsində stadiona girə bilməyən "Fənərbaxça" azarkeşlərinin vəziyyəti ilə bağlı məlumat almaq üçün qapılara yollanan Ali Koç geri dönərkən "Göztepe" azarkeşləri tərəfindən atılan yad əşyaların hədəfi olub. Fürsətdən istifadə edən Özkan Ali Koçu arxadan itələyərək yerə yıxıb. 

Hadisədən sonra saxlanılan Fatih Özkanın "Göztepe" rəhbərliyində rəsmi vəzifəsinin olmadığı və yalnız stadionda çalışdığı müəyyənləşib.  

Bundan sonra şübhəli şəxs ev dustaqlığına məhkum edilib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. 
 

0