“Mançester Yunayted”də oynamaq şansı tapmaqda çətinlik çəkən Türkiyə millisinin qapıçısı Altay Bayındır üçün ayrılıq iddiaları səslənir.
Apasport.az "Daily Mail"ə istinadla xəbər verir ki, “Mançester Yunayted” Altayın komandadan ayrılacağı təqdirdə onu əvəz edəcək futbolçu axtarışlarına başlayıb.
"Qırmızı şeytanlar" Braziliyanın "Botafoqo" komandasında çıxış edən Con Viktorun çıxışını yaxından izləyir.
28 yaşlı qolkiper "Botafoqo"da göstərdiyi performansla diqqət çəkdikdən sonra onu "Tottenhem" və bəzi Avropa komandaları da izləməyə başlayıb.
Əsas heyətə düşə bilməyən, az forma şansı tapan Altayın komandadan ayrılacağı təqdirdə "Mançester Yunayted" braziliyalı qolkiperi heyətinə qatmaq üçün hərəkətə keçəcək.
Qeyd edək ki, Altay bu mövsüm cəmi 2 matçda "Mançester Yunayted" forması geyinib.