Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatı öncəsi komanda üzərindəki təzyiq barədə danışıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis ona ünvanlanan “Üzərinizdə təzyiq varmı?” sualına özünəməxsus cavab verib.
Ançelotti təzyiqin futbolda müsbət amil ola biləcəyini bildirib:
“Təzyiq yaxşıdır. Əgər bir aslanla qorxmadan üz-üzə gəlsən, onu pişik balası kimi görərsən”.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-da C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparır. “Sambaçılar” qrupda ilk oyununu iyunun 14-də, Bakı vaxtı ilə saat 02:00-da Mərakeşə qarşı keçirəcəklər.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb