Arda Turanın yetirməsi “cimbom”da
21.01.2025 - 00:19
Türkiyə Super Liqası komamdalarından “Qalatasaray” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Eyüpspor” forması geyinən Ahmed Kutucunu transfer etmək istəyir.
“Sarı-qırmızılılar” oyunçu üçün qarşı tərəfə 5 milyon avro + sonrakı satışdan 25 faiz pay şəklində təklif göndərib.
Türkiyə millisinin üzvü də bu transferə müsbət yanaşır.
Qeyd edək ki, Kutucu bu mövsüm Arda Turanın rəhbərliyi altında keçirdiyi 20 matçda 9 qol, 7 assitlə yadda qalıb.
0
0