İtaliya təmsilçisi Meksika millisinin üzvünü istəyir
20.01.2025 - 21:57
İtaliya təmsilçisi Meksika millisinin üzvünü istəyir

İtaliyanın "Milan" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi "Feyenoord"da çıxış edən Santiaqo Ximenezi transfer etmək istəyir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Milan" yaxın günlərdə meksikalı forvard üçün "Feyenoord"la danışıqlara başlayacaq. 

Niderland klubu 23 yaşlı hücumçu üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, "Feyenoord" Santiaqo Ximenezi 2022-ci ilin yayında ölkəsinin "Krus Asul" klubundan transfer edib. Meksika millisinin üzvü bu mövsüm Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

0