"Arsenal" Türkiyə millisinin üzvü ilə maraqlanır
19.11.2024 - 11:37
La Liqa təmsilçilərindən “Real Madrid”in və Türkiyə millisinin futbolçusu Arda Güler İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İngiltərənin “Arsenal” klubu türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Xəbərdə “topçular”ın qış fasiləsində Ardanı icarəyə götürmək istədiyi bildirilib.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real”la cəmi 12 oyunda meydana çıxıb. İstedadlı futbolçu komandasının heyətində şans qazana bilmədiyi üçün narazıdır.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0