Asiyada ilin ən yaxşısı: Kim Min-Jae
01.11.2023 - 18:54
Asiya qitəsində ilin ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, Cənubi Koreyalı yarımmüdafiəçi Kim Min-Jae bu mükafata sahib olub.
Asiya Futbol Federasiyasından verilən açıqlamada ötən mövsüm “Napoli”nin İtaliya çempionluğuna töhvə vermiş Koreya millisinin futbolçusunun bu ada layiq görüldüyü vurğulanıb. O, mükafat uğrunda mübarizədə “Tottenhem”dən həmyerlisi Honq Min-Son və “Brayton”dan Kaoru Mitomanı qabaqlayıb.
Qeyd edək ki, hazırda “Bavariya”nın şərəfini qoruyan 26 yaşlı mərkəz müdafiəçisi bu mövsüm 13 matçda forma geyinib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0