“Barselona” Salahdan imtina etdi
20.11.2024 - 17:35
“Barselona” “Liverpul”un futbolçusu Məhəmməd Salahın transferindən imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisi misirli hücumçunu gənc futbolçu Lamin Yamalın inkişafına mane olacağını düşünür və bu səbəbdən onun transferindən imtina edib.
Daha əvvəl Salahın “Barselona”nın transferdə əsas hədəflərindən olduğu iddia edilib.
Misirli futbolçu bu mövsüm 17 oyunda 10 qol vurub, 10 məhsuldar ötürmə edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0