“Barselona”nın gözü “Arsenal”ın yeni transferində
02.10.2023 - 16:34
“Arsenal”ın futbolçusu Kay Haverts “Barselona”nın maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi almaniyalı futbolçunu bu qış heyətinə qatmağı planlaşdırır.
Kataloniyalılar Havertsin sayəsində hücum potensialının artacağı qənaətindədir. Bu yay “Çelsi”dən 70 milyon avroya transfer olunan 24 yaşlı futbolçunun keçidi üçün danışıqlar hələ başlamayıb. Onun “Arsenal”la anlaşması 2028-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Kay cari mövsümün 7 matçında 1 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0