Belarus millisi baş məşqçisi ilə müqavilə yeniləyib
12.11.2024 - 14:21
Belarus millisi baş məşqçisi ilə müqavilə yeniləyib

Futzol üzrə Belarus milli komandasının baş məşqçisi Karlos Alosla müqavilə müddətini uzadıb.

Apassport.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb.

49 yaşlı mütəxəssislə yeni anlaşma 2026-cı ilin noyabr ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Alos 2023-cü ildən Belarus yığmasına rəhbərlik edir.

0