İngiltərə Premyer Liqasında çıxış edən "Aston Villa" "Beşiktaş"ın 18 yaşlı gənc hücumçusu Semih Kılıçsoyu transfer etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, klubun idman direktoru Monçi gənc forvardın keçidi üçün danışıqlara başlayacaq.
O, Semih üçün növbəti dəfə “Beşiktaş”ın qapısını döyəcək. Uzun müddətdir futbolçunu yaxından izləyən Monçinin qış transfer pəncərəsində "Beşiktaş"ı qane edəcək təklif irəli sürəcəyi gözlənilir. İngiltərə təmsilçisi yaxın müddətdə transferlə bağlı addım atacaq.
Qeyd edək ki, 18 yaşlı hücumçu bu mövsüm 6 matç 1 qol vurub. Kılıçsoy Konfrans Liqasının təsnifat mərhələsində “Tirana”nın (3:1) qapısına qol vuraraq, “ağ-qaralar”ın avrokuboklarda fərqlənən ən gənc oyunçusu kimi tarixə düşüb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı