KDÇ: “Çelsi” çempion - YENİLƏNİB
14.07.2025 - 01:14
KDÇ: “Çelsi” çempion  - YENİLƏNİB

Bu gün Klublararası Dünya Çempionatının final görüşü baş tutub. 

Apasport.az xəbər verir ki, həlledici matçda PSJ və "Çelsi" üz-üzə gəlib.

Oyun Bakı vaxtilə saat 23:00-da start götürüb.

82500 nəfərlik "MetLife" stadionunda keçirilən görüşdə İngiltərə təmsilçisinin ilk hissədə vurduğu 3 qol matçın taleyini müəyyənləşdirib. Görüş "Çelsi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

KDÇ - Final

23:00

PSJ (Fransa) - "Çelsi" (İngiltərə) 0:3

Qollar: K. Palmer, 22, 30, J. Pedro, 43