“O, elə oynayır ki, sanki on ildir bu komandanın üzvüdür”.
Apasport.az xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandanın yarımmüdafiəçisi Koul Palmeri tərifləyib.
Argentinalı mütəxəssis 21 yaşlı futbolçunun oyununa valeh olub: “Biz Palmerin klubumuzda olmasından çox məmnunuq. Yaşının az olmasına baxmayaraq Palmer təcrübəli futbolçu kimi çıxış edir. İngilis öz xarakterini, şəxsiyyətini göstərir. Bunu gözləmədiyimi söyləmək kobudluq olardı, amma gözlədiyimi desəm, yalan danışmış olaram”.
Qeyd edək ki, Palmer "Çelsi"yə 2023-cü ilin yayında “Mançester Siti”dən transfer edilib. Zadəganların heyətində 8 oyun keçirən yarımmüdafiəçi 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı