Avstraliya millisinin müdafiəçisi Miloş Degenek DÇ-2026-nın qrup mərhələsində Türkiyə ilə keçirəcəkləri oyun barədə danışıb.
Apasport.az xəbər verir ki, təcrübəli futbolçu rəqibin mundial həyəcanını ilk dəfə yaşayacaq oyunçulardan qurulduğunu bildirib:
“Türkiyəli oyunçuların heç biri Dünya Kuboku təcrübəsi yaşamayıb. Bizdə isə bunu yaşayan 9 futbolçu var. Bundan başqa, onların üzərində böyük təzyiq var. Çünki 2002-ci ildən bəri Dünya Kubokuna qatıla bilməyiblər. Onlara böyük ümidlər bəslənir, amma bununla yanaşı üzərlərində böyük təzyiq var. Türklər romantik və çılğındırlar. Bizim isə təcrübəmiz daha çoxdur”.
Qeyd edək ki, Türkiyə DÇ-2026-da ilk matçını Avstraliyaya qarşı keçirəcək. D qrupunun oyunu iyunun 14-də Vankuverdəki “BC Place” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.