Fransa millisinin futbolçusu Usman Dembele komanda yoldaşı Kilian Mbappenin müdafiəsinə qalxıb.
Apasport.az xəbər verir ki, “Marca”ya danışan vinger Mbappenin haqsız tənqidlərə məruz qaldığını bildirib.
Dembele bəzi hallarda tənqidlərin həddini aşdığını deyib:
“Mbappeyə qarşı çox haqsızlıq edilir. Bəzən sadəcə söhbət Mbappedən getdiyi üçün tənqidlərdə sərhədi aşırlar. Ona qarşı bu qədər sərt olmamalıdırlar. Ayaqqabısını bağlasa problem olur, bağlamasa problem olur, corabını çəksə də, çəkməsə də... Bu artıq çoxdur”.
Fransalı futbolçu Mbappenin millidəki roluna da toxunub:
“O, liderdir, komandamızın kapitanıdır və çox vacib oyunçudur”.
Qeyd edək ki, Fransa millisinin kapitanı olan Kilian Mbappe son vaxtlar oyununa və meydandankənar davranışlarına görə tez-tez tənqid olunur.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb