Didye Deşam: "İtaliya millisi son oyunlarda yaxşı formada idi"
18.11.2024 - 11:36
Fransa millisi UEFA Millətlər Liqasında İtaliyanı məğlub edib.
Apasport.az xəbər verir ki, Fransanın baş məşqçisi Didye Deşam qələbə qazandıqları matçı belə şərh edib:
“Qələbənin çətin olacağını bilirdik. Çünki İtaliya millisi son oyunlarda yaxşı formada idi. Qələbə qazandıq və qrupu birinci yerdə başa vurduq. Buna layiq idik. İlk görüşü təhlil etmişdik və səhvlərimizi təkrarlamamaq üçün çalışmışdıq. Komandam gənc və təcrübəsizdir. Lakin keyfiyyətimiz var və bunu bir daha sübut etdik”.
Qeyd edək ki, İtaliya 3:1 hesabı ilə Fransaya uduzub.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0