"El-klassiko"nun ən yaxşısı bəlli olub
27.04.2025 - 10:22

İspaniya Kubokunun finalında "Barselona" "Real"ı (3:2) məğlub edib.
Apasport.az ESPN-ə istinadla xəbər verir ki, "Barsa"nın hücumçusu Ferran Torres matçın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
İspaniyalı əsas vaxtda qol vuraraq “Barsa”nı məğlubiyyətdən xilas edib. 116-cı dəqiqədə Jules Kunde üçüncü qolu vuraraq katalonlara qələbə qazandırıb.
Ferran Torres 115-ci dəqiqədə əvəzlənib.
25 yaşlı forvard 6 qolla "Atletiko Madrid"dən Julian Alvarez və "Real Madrid"dən Endriki (hər birində 5) qabaqlayaraq başa çatan İspaniya Kubokunun bombardiri olub.
0
0