Elanqanın millidən kənarlaşdırılma səbəbi müəyyənləşib
13.11.2024 - 00:27
Elanqanın millidən kənarlaşdırılma səbəbi müəyyənləşib

"Nottingem Forest"in futbolçusu Entoni Elanqa İsveç yığmasının heyətindən kənarda qalıb.

Apasport.az xəbər verir ki, bunun səbəbi bilinib.

Baş məşqçi Yon-Dal Tomasson yarımmüdafiəçidən narazı qalıb. Elanqa Millətlər Liqasının oktyabr ayındakı hazırlığı zamanı şam yeməyinə gecikib.

Qeyd edək ki, İsveç - Azərbaycan matçı noyabrın 19-da baş tutacaq.

0