“Siz “Mançester Yunayted” nişanını asan yaşamaq üçün yox, məsuliyyətin öhdəsindən gələ bildiyiniz üçün taxırsınız”.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubunda baş məşqçi Erik ten Haq zəif nəticələrə görə məruz qaldığı təzyiqlərdən danışıb.
2022-ci ilin iyulundan “qırmızı şeytanlar”a rəhbərlik edən 53 yaşlı niderlandlı tənqidləri normal qarşıladığını bildirib: “Təzyiq klubla əlaqəli hər kəs üçün həyatın bir hissəsidir. Tələblər heç vaxt asan olmur, çünki səndən gözlənilən nəticələr çox yüksəkdir. Hazırda bir nömrəli məqsədimiz bu hədəflərə çata bilməkdir”.
Qeyd edək ki, 6 çempionat matçında 9 xal toplayan “mankunyanlar”, vurduqları 7 qola qarşılıq qapılarında 10 qol görüblər. Komanda turnir cədvəlinin doqquzuncu pilləsində yer alır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı