“Fənərbaxça”da zədəli futbolçuların sayı artmaqda davam edir.
Apasport.az xəbər verir ki, Super Liqanın “Pendikspor”la (5:0) qarşılaşmasında aparıcı futbolçulardan Rodriqo Bekao, Samet Akaydın və Fred də zədələnərək sıradan çıxıb. Bekao və Sametin "Trabzonspor"la oyuna qədər hazır olması üçün həkimlər heyəti əlindən gələni etsə də, Fredin ən tez 12 noyabrda keçiriləcək "Adana Dəmirspor"la matçda meydana çıxacağı ehtimal olunur.
Buna qədər sol ayaq biləyindən əməliyyat olunan Sərdar Azizin ay yarım oynamayacağı dəqiqləşmişdi. Ludoqoretslə matçda sağ ayaq sümüyündə səthi qırıq əmələ gələn Aleksander Ciku da cavab oyununda forma geyinməyəcək.
Qeyd edək ki, 11-ci turun “Fənərbaxça” – “Trabzonspor” matçı noyabrın 4-də keçiriləcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı