Mövsümöncəsi məşqlərə qatılmaqdan imtina edib
07.08.2026 - 17:47
Mövsümöncəsi məşqlərə qatılmaqdan imtina edib

İtaliyanın “Napoli” klubunun hücumçusu Romelu Lukaku mövsümöncəsi hazırlıq prosesinə qatılmaqdan imtina edib.

Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu yay transfer pəncərəsi bağlanana qədər Neapol təmsilçisindən ayrılmağa ümid edir.

Belçika millisinin üzvü ilə ABŞ-nin “Atlanta Yunayted” klubu maraqlanır.

Lukaku karyerasını davam etdirmək üçün digər variantları da nəzərdən keçirir.