Flik Qvardiolanın uğurunu təkrarlayıb
27.04.2025 - 10:55
Flik Qvardiolanın uğurunu təkrarlayıb

"Barselona" İspaniya kubokunun finalında "Real"ı məğlub edib (3:2).

Apasport.az "opta"ya istinadla xəbər verir ki, Hans-Diter Flik "Barselona" tarixində ilk 3 "el-klassiko"sunu qazanan ikinci məşqçidir.

Əvvəllər bunu yalnız Xosep Qvardiola bacarmışdı. İspaniyalı "Barsa"nın baş məşqçisi kimi "Real Madrid"ə qarşı keçirdiyi ilk 5 matçda 5 qalibiyyət rekorduna sahibdir.

Xatırladaq ki, Madrid komandası ilə əvvəlki iki oyunda Flikin komandası 4:0 və 5:2 hesablı qələbə qazanmışdı.