Böyük Britaniyanın “FourFourTwo” nəşri 90-cı illərin əsas futbol adamlarının siyahısını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, ser Aleks Fergüsson siyahıya başcılıq edib.
Şotlandiyalı mütəxəssis ötən əsrin sonlarında “Mançester Yunayted”in uğurlarında böyük pay sahibi olub. Siyahıda növbəti yerləri braziliyalı Ronaldo və italiyalı Roberto Bacco tutub.
1. Ser Aleks Fergüsson (“Mançester Yunayted”).
2. Ronaldo (“Inter”, “Barselona”, Braziliya yığması).
3. Roberto Bacco (“Yuventus”, İtaliya yığması).
4. Zinədin Zidaн (“Yuventus”, Fransa yığması).
5. Erik Kantona (“Mançester Yunayted”, Fransa yığması).
6. Devid Bekhem (“Mançester Yunayted”, İngiltərə yığması).
7. Pol Qaskoyn (İngiltərə yığması).
8. Arsen Venger (“Arsenal”).
9. Denis Berqkamp (“Arsenal”, Niderland yığması).
10. Paolo Maldini (“Milan”, İtaliya yığması).
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı