Fransa millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
18.11.2026 - 09:54
Fransalı müdafiəçi Leyvin Kurzava futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, 34 yaşlı oyunçu peşəkar futbolla vidalaşmaq qərarına gəlib.
Sol cinah müdafiəçisi karyerası ərzində “Monako”, PSJ və "Fulhem" kimi klublarında çıxış edib.
Qeyd edək ki, Leyvin Kurzava Fransa millisinin heyətində 13 oyun keçirib.
0
0