Hakim Ziyeşdən pis xəbər
12.10.2023 - 15:31
Hakim Ziyeş millidə də oynaya bilməyəcək.
Apasport.az xəbər verir ki, son məlumata görə, Ziyeşin Mərakeş millisində də iştirakı baş tutmayacaq.
Aldığı zədə səbəbindən "Qalatasaray"ın "Mançester Yunayted" və "Antalyaspor"a qarşı oyunlarında kənarda qalan futbolçu hələ də meydançaya çıxa bilmir. Müalicəsi davam edən 30 yaşlı oyunçu yığmaya dəvət alsa da, məşq prosesi zamanı məlum olub ki, milli komandayla da meydançaya çıxa bilməyəcək.
Qeyd edək ki, bu ilin yayından “aslanlar”da görünən ulduz futbolçu kariyerası boyunca 280 oyundan 86 qolla yadda qalıb.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0