İsveç millisi Azərbaycanla oyun üçün heyətində dəyişiklik edib
12.11.2024 - 13:59
İsveç millisi Azərbaycanla oyun üçün heyətində dəyişiklik edib

İsveç milli komandası Millətlər Liqasının C1 qrupunun 5-ci və 6-cı turlarının Slovakiya və Azərbaycan komandalarına qarşı keçirəcəkləri oyunlar öncəsi heyətində növbəti dəfə dəyişiklik edib.

Apasport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, millinin baş məşqçisi Yon-Dal Tomasson əvvəllər İsveçin gənclərdən ibarət yığmasına cəlb olunmuş müdafiəçi Nils Zetterströmü milliyə dəvət edib.

Buna səbəb Huqo Larssonun zədəli olması və onun qarşıdakı oyunlarda iştirakının şübhə altına düşməsidir.

Qeyd edək ki, daha əvvəl Emil Kraft və Erik Smitin millimizlə görüşlərdə olmayacağı dəqiqləşmişdi.

0