İsveç millisinin üzvü Premyer Liqada klubunu dəyişə bilər
25.11.2024 - 15:55

İsveç millisinin və “Nyukasl”ın şərəfini qoruyan Aleksandr İsak karyerasını “Çelsi”də davam etdirə bilər.
Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu gələn yay İsakı transfer etmək niyyətindədir.
Buna səbəb Kristofer Nkunkunun gələcək karyerasını harada davam etdirəcəyinin bəlli olmamasıdır.
Xəbərdə bildirilib ki, “Nyukasl” bu transfer üçün “zadəganlar"dan 115 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, 25 yaşlı isveçli hücumçunu “Çelsi” ilə yanaşı, “Arsenal”, “Barselona”, “Mançester Siti”, “Liverpul” və “Yuventus” klubları yaxından maraqlanır.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0