Kanada millisi 2026-cı il dünya çempionatının ilk matçında ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın kapitanı Alfonso Devis zədə səbəbindən Bosniya və Herseqovinaya qarşı oynamayacaq.
Bunu Kanada millisinin baş məşqçisi Cessi Marş jurnalistlərə açıqlamasında bildirib.
“Bavariya”nın müdafiəçisi sol bud arxa əzələsindəki zədədən sonra bərpa prosesini davam etdirir. O, mayda Çempionlar Liqasının PSJ ilə yarımfinal oyununda xəsarət almışdı.
Qeyd edək ki, Kanada – Bosniya və Herseqovina görüşü bu gün, iyunun 12-də keçiriləcək. Oyun Bakı vaxtilə saat 23:00-da start götürəcək.