Keyn Haalandı geridə qoydu
23.11.2024 - 14:59
Keyn Haalandı geridə qoydu

"Bavariya"nın futbolçusu Harri Keyn rekorda imza atıb.

Apasport.az xəbər verir ki, o, bunu Bundesliqanın XI turunda bacarıb.

Hücumçu "Auqsburq"la matçda het-trik müəllifi olub. Bununla da, ingiltərəli Almaniya çempionatında vurduğu qolların sayını 50-yə yüksəldib.

Forvard bu göstəriciyə 43 oyunda çatıb. O, Erlinq Haalandı geridə qoyub və yeni rekorda imza atıb.

"Mançester Siti"nin ulduzu Bundesliqada 50 qol həddinə 50 matça çatmışdı. 

0