"Kvara" evləndi
17.10.2023 - 10:31
Xviça Kvaratsxeliya dünya evinə girib.
Apasport.az xəbər verir ki, "Napoli"nin və Gürcüstan millisinin hücumçusu sevgilisi Nitsa Tavadze ilə evlənib.
22 yaşlı futbolçunun toyu məbəddə keçirilib. Mərasimdə yalnız hər iki tərəfin ailə üzvləri və yaxın dostları iştirak ediblər. Xviça və Nitsa bu ilin martında nişanlanıblar.
Qeyd edək ki, hər qolunu həyat yoldaşına həsr edən forvard, bunun üçün xüsusi jestdən istifadə etdiyini deyib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0