La Liqanı tərk edəcək ilk klub bəlli olub
25.04.2025 - 08:56
La Liqanı tərk edəcək ilk klub bəlli olub

La Liqanın XXXIII turunda "Valyadolid" "Betis"lə üz-üzə gəlib. 

Apasport.az xəbər verir ki, qarşılaşma "Valyadolid"in 5:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Beləliklə, "Valyadolid" La Liqada qalmaq şansını itirib.

Komandanın sona 5 tur qalmış cəmi 16 xalı var. Düşmə zolağına ən yaxın "Alaves" isə 34 xal toplayıb.

"Valyadolid" cari La Liqada 33 turdan sonra öz qapısından 81 top buraxıb. Bu da çempionatda indiyədək ən pis nəticədir