“Biz bu klubu Çempionlar Liqasına qaytarmaq niyyətindəyik. Hazırda addım-addım məqsədimizə çatmağa çalışırıq”.
Apasport.az saytı xəbər verir ki, bunu "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister mersisaydlıların Avropa Liqasındakı çıxışı ilə bağlı danışarkən deyib.
Qitənin ikinci dərəcəli klub turnirinə ciddi önəm verdiklərini deyən 24 yaşlı argentinalı komandanın əvvəlki günlərinə qayıdacağını deyib: “Komanda olaraq Avropada kuboklar qazanmağa hazırıq. Bu yolda müəyyən plana sahibik və addım-addım bunu həyata keçiririk. Böyük uğurların uzaqda olmadığını düşünürəm. İlk hədəfimiz təbii ki Avropa Liqasının kubokunu azarkeşlərimizə hədiyyə etməkdir”.
Qeyd edək ki, Yurgen Kloppun komandası sentyabrın 21-də turnirin ilk oyununda səfərdə LASK-la qarşılaşacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı