Son illərdə zəif çıxışı ilə yadda qalan “Mançester Yunayted”lə bağlı maraqlı bir statistika paylaşılıb.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” əfasanəvi məşqçisi Aleks Ferqusonun baş məşqçiliyi dövründə 27 ildə cəmi 34 ev matçında meydanı məğlubiyyətlə tərk edib.
82 yaşlı şotlandiyalı məşqçinin gedişindən sonrakı 10 il ərzində komanda artıq 34-cü ev məğlubiyyətini almış oldu. Sözügedən xoşagəlməz nəticə əzəli rəqib “Mançester Siti” ilə derbi matçında qeydə alınıb. Ümumilikdə isə Mançester klubu yeni mövsümdə Premyer Liqanın 10 matçının 5-də qalib gəlibsə, eyni sayda matçda isə qələbə üzünə həsrət qalıb.
Qeyd edək ki, Erik Ten Haqın yetirmələri topladıqları 15 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alırlar.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı