"Mançester Yunayted"in Qrizmann planı
01.11.2023 - 20:21
Antuan Qrizmann yanvarda İngiltərəyə köçə bilər.
Apasport.az xəbər verir ki, "Atletiko"nun hücumçusu "Mançester Yunayted"in diqqət mərkəzindədir.
“Qırmızı şeytanlar” hücum xəttindəki dişsizliyi Fransa millisinin üzvü ilə həll etmək istəyir. İngilislər 32 yaşlı forvardın keçidi qarşılığında Madrid klubuna 25 milyon avro ödəməyə hazırdır. Çünki onun müqaviləsində məhz sözügedən məğləğ qarşısında "sərbəst qala bilər" deyə bir bənd var.
Qeyd edək ki, “Atletiko” ilə razılaşması 2026-cı ilin yanvarında bitəcək olan Qrizmann bu mövsüm 13 matçda 9 qolla yadda qalıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0