Messi yenidən Barselonada
21.11.2024 - 20:41
"İnter Mayami"nin hücumçusu Lionel Messi Barselonaya gələcək.
Apasport.az xəbər verir ki, argentinalı ulduz "Barselona"nın 125 illik yubileyində iştirak edəcək.
Klubun prezideni Xoan Laporta Messiyə dəvət göndərib. 37 yaşlı futbolçu Liseo teatrında noyabrın 29-da təşkil olunacaq qala-gecəyə gələcəyini təsdiqləyib.
Qeyd edək ki, Messi 2003-2021-ci illərdə "Barselona"nın heyətində çıxış edib. O, 10 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
1
0