Müllerdən 15 mövsümlük rekord
29.10.2023 - 15:38
“Bavariya”nın hücumçusu Tomas Müller klubun tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, o, komandanın heyətində bundesliqada ardıcıl 15-ci mövsümdə qol vurub.
34 yaşlı futbolçu dünən “Darmştadt”a 8:0 hesabı ilə qalib gəldikləri oyunda fərqlənib. O, komandasının qollarından birinin müəllifi olub. Müller cari mövsümdə 10 oyunda 5 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, əvvəlki rekord Herd Müller, Klaus Auqentaler və Mehmet Şolla məxsus idi. Bu futbolçular “Bavariya”nın heyətində ardıcıl 14 mövsümdə fərqlənə bilmişdilər.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0