Müllerin yubiley qələbəsi
21.09.2023 - 11:33
Tomas Müller Çempionlar Liqasında yubiley qələbəsini qazanıb.
Apasport.az saytı xəbər verir ki, "Bavariya”nın hücumçusu qitənin ən mötəbər klub turnirində 100-cü dəfə qalib gəlib.
34 yaşlı oyunçu “Mançester Yunayted”lə matçın 87-ci dəqiqəsində Harri Keyni əvəz edib. Bununla da almaniyalı Kriştiano Ronaldo (115) və İker Kasilyasdan (101) sonra bu uğura imza atan 3-cü futbolçu olub.
Qeyd edək ki, Müllerin Çempionlar Liqasında debütü 2009-cu il mart ayının 10-a təsadüf edib. Həmin matçda Münhen klubu "Sportinq"ə 7:1 hesabı ilə qalib gəlib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0