Murad Musayev ayın ən yaxşısı seçilib
10.10.2024 - 13:53
Azərbaycanın "Sabah" klubunun sabiq baş məşqçisi, hazırda "Krasnodar" komandasına rəhbərlik edən Murad Musayev Rusiya Premyer Liqasında sentyabr ayının ən yaxşısı seçilib.
Apasport.az xəbər verir ki, 10 ekspertdən 9-u səsvermə zamanı M.Musayevə üstünlük verib.
"Krasnodar" sentyabrda meydana çıxdığı 4 oyunda 12 xal toplayıb.
Qeyd edək ki, 40 yaşlı rusiyalı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb.
0
0